Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İŞİD türk hərbçilərini girov götürdüyünü iddia edir

İŞİD türk hərbçilərini girov götürdüyünü iddia edir

ABŞ-dan ŞOK İDDİA: Türkiyə sərhədlərində ikinci İŞİD doğulur - VİDEO (15 Mart 2017 23:48)
Cəbhədə keçirilən məxfi toplantı: ORDU ÜÇ GÜN İÇİNDƏ.... (11 Fevral 2017 12:18)
Rus qırıcıları türk əsgərlərini bombaladı: 3 şəhid, 11 yaralı (09 Fevral 2017 19:08)

Tarix: 30 Noyabr 2016 03:19

İŞİD terror qruplaşmasının üzvləri Suriyada itkin düşən iki türk hərbçisini girov götürdüyünü elan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “SITE Intelligence Group” nəşri məlumat yayıb.   

 

 “İŞİD Hələb istiqamətindəki Əl-Bab şəhərinin şərqində yerləşən kənd yaxınlığında iki türk hərbçisini əsir götürdüyünü bildirib”, - deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, bundan  əvvəl yayılan xəbərdə bildirilib ki, Türkiyə ordu komandanlığı Suriyada “Ərəfat qaxanı” əməliyyatında iştirak edən hərbçilərdən ikisi ilə əlaqəni itirib.

 

 “15.30 radələrində  “Ərəfat qaxanı” əməliyyatında iştirak edən hərbçilərdən ikisi ilə əlaqə kəsilib, onların axtarışı davam etdirilir”, - deyə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının

məlumatında bildirilib.


Teqlər:  İŞİD türk hərbçilərini girov götürdüyünü iddia edir



RƏYLƏR


Top xəbərlər