Bu gün Moskvada MDB-nin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək

Bu gün Moskvada MDB-nin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək
06:17 30 Noyabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Bu gün Moskvada MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının 71-ci iclası keçiriləcək.
"Report" xəbər verir ki, tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın hərbi idarələrinin rəhbərləri, həmçinin MDB İcraiyyə Komitəsi, MDB-nin iştirakçı ölkələrinin Müdafiə Nazirləri Şurası Katibliyi, MDB-nin Antiterror Mərkəzi və MDB-nin Sərhəd Qoşunları Komandanlığı Şurasının Əlaqələndirmə Xidmətinin nümayəndələri iştirak edəcəklər.
İclas zamanı müdafiə nazirliklərinin qarşılıqlı fəaliyyət istiqaməti üzrə 20 müxtəlif məsələ nəzərdən keçiriləcək. Həmçinin 2016-cı ilə yekun vurulması və 2017-ci ilin birgə işini, eləcə də MDB MNŞ-nin yaradılmasının 25-ci ildönümü ilə bağlı tədbirin keçirilməsini planlaşdırmaq nəzərdə tutulur.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbirdə iştirak etmək üçün Moskvaya səfər edib.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/bu-gun-moskvada-mdb-nin-mudafie-nazirleri-surasinin-iclasi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR