ABŞ-ın Tenessi ştatında meşə yanğınları nəticəsində 3 nəfər ölüb

ABŞ-ın Tenessi ştatında meşə yanğınları nəticəsində 3 nəfər ölüb
06:52 30 Noyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Birləşmiş Ştatların Tenessi ştatında meşə yanğınları nəticəsində 3 nəfər həyatını itirib.
"Report" xəbər verir ki, bu barədə Sevi dairəsinin meri Larri Uotersə istinadən AP məlumat yayıb.
Agentliyin məlumatına görə, ən azı daha 12 nəfər yanıq xəsarəti alıb. Yanğınlar nəticəsində ümumilikdə 250 ev məhv olub. Daha çox ziyan Qatlinburq şəhərinə dəyib. Şəhər meri Mayk Uorner bildirib ki, yanğına görə artıq 14 mindən çox insan təxliyə olunub.




Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-tenessi-statinda-mese-yanginlari-neticesinde-3-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR