Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Futbol sadəcə puldan ibarət deyil"

"Futbol sadəcə puldan ibarət deyil"

Date: 30 November 2016 07:22

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino yetirməsi Mussa Sissoko haqda danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "France Football"a açıqlama verən çalışdırıcı Fransa millisinin üzvünün çıxışından razı qalmadığını dilə gətirib:

"Futbol sadəcə puldan ibarət deyil. Futbolçular məşq zamanı və məşqdən kənarda özlərini yaxşı aparmağı bacarmalıdırlar. Mənim fikrimcə, belə halda çalışan futbolçular heyətə düşə bilərlər. Əlbəttə, futbolda gözlənilməz hadisələrlə rastlaşa bilərsən. Futbolçu transfer edirsən və ondan çox şeylər gözləyirsən, ancaq alınmır. Mən Sissokonun yerinə başqa futbolçunu da oynada bilərəm. Pul verdik deyə, onu oynada bilmərəm. O, çalışmalı və komandaya lazımlı futbolçu olduğunu sübut etməlidir".

Mövsümün əvvəlində "Nyukasl"dan "Tottenhem"ə transfer olunan Mussa Sissoko klubun ən bahalı futbolçusudur. Londonlular onun üçün 30 milyon avrosundan keçib.

Milli.Az


Tags:  Futbol sadəcə puldan ibarət deyil

RƏYLƏR


Top news