Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda təcili tibbi yardım üçün vertolyotlardan istifadə halları azalıb

Azərbaycanda təcili tibbi yardım üçün vertolyotlardan istifadə halları azalıb

Bayramda təcili yardıma 2000 müraciət olub (22 Mart 2017 11:14)
Təcili tibbi yardım yerinə yanğınsöndürən çağırdılar, xəstə öldü - GƏNCƏDƏ (16 Mart 2017 16:05)
Təcili yardım əvəzinə səhvən yanğınsöndürən çağırıldı: xəstə öldü (16 Mart 2017 14:39)

Tarix: 30 Noyabr 2016 07:57

Son zamanlar təcili tibbi yardımın göstərilməsi üçün vertolyotlardan istifadə halları azalıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SN TTTYS) baş həkimi Mirələm Cavadov deyib.

Vertolyotlardan istifadə hallarının azalmasının səbəbini onlara artıq ehtiyacın duyulmaması ilə izah edən baş həkim qeyd edib ki, yerlərdə SN TTTYS nəzdində yüksək səviyyəli 12 regional məntəqə və "113" dispetçer mərkəzi yaradılıb.

Mərkəzlərin hər birinin yüksək səviyyəli həkimlərlə təmin edildiyini deyən M.Cavadov əlavə edib ki, hazırda 2 ədəd son model vertolyotları var. Həmin vertalyotlar bütün lazımi və müasir cihazlarla təmin olunub: "Bu vertolyotları bizə "Silkway" şirkəti verir. Ehtiyac olduqda biz onlara həmin vertolyotlardan istifadə üçün müraciət edirik. Həmin vertolyotlar ən az qəza törətmiş vertolyotlardır və onların bütün imkanları var. Bu vertolyotlara hətta "uçan reanimasiya şöbəsi" də demək olar. Ehtiyac olanda, yəni əraziyə maşın və digər vasitələrlə getmək mümkün olmadıqda biz bu vertolyotlardan istifadə edirik".

Milli.Az


Teqlər:  Azərbaycanda təcili tibbi yardım vertolyotlardan istifadə halları azalıb



RƏYLƏR


Top xəbərlər