Bayden və Bərzani İŞİD-lə mübarizəni müzakirə etdilər

Bayden və Bərzani İŞİD-lə mübarizəni müzakirə etdilər
08:04 30 Noyabr 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ vitse-prezidenti Co Bayden və İraq Kürdüstanı müxtariyyətinin lideri Məsud Bərzani arasında baş tutmuş telefon danığı zamanı İŞİD terror qruplaşmasına qarşı aparılan hərbi kampaniya müzakirə edilib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

 

“Liderlər İraqın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını bildirərək, İraqda bütün hərbi əməliyyatların rəsmi Bağdadın icazəsi ilə həyata keçirilməsinin vacibliyini qeyd ediblər”, - deyə məlumatda bildirilir.  

 

Bayden İŞİD-lə mübarizədə kürd silahlı dəstələrin uğurlu əməliyyatlarını qeyd edib və Şimali İraqda terrorçular üzərində qələbə üçün bu əməliyyatların rəsmi Bağdadla əlaqələndirilməsinin vacibliyini vurğulayıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260977

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR