Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağ Ev müsəlmanlarla bağlı çağırış etdi

Ağ Ev müsəlmanlarla bağlı çağırış etdi

Date: 30 November 2016 08:29

Ağ Ev yalnız müsəlman olduqlarına görə insanların terrorçu olmasından ehtiyatlanmamağa çağırıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə brifinqdə ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bildirib.

 

“Əgər biz konkret dinə etiqad edən insanlara dair şübhələri artırsaq, hücumların çoxalmasına kömək etmiş olarıq”, - deyə Ernest bildirib.   

 

Qeyd edək ki, İŞİD terror qruplaşması ABŞ-ın Ohayo ştatında noyabrın 28-də universitetə edilən silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

APA-nın bundan əvvəl verdiyi xəbərə görə,  terrorçu qruplaşma ilə əlaqəli “Amaq” saytı hücum edən Əbdül Razak Əli Artanın İŞİD-in “əsgəri” olduğunu qeyd edib.

 

Qeyd edək ki, noyabrın 28-də səhər saatlarında adıçəkilən 20 yaşlı  şəxs idarə etdiyi avtomobili universitetin ərazisində piyadaların üstünə sürüb, sonra isə, maşından düşərək bıçaqla  tələbələrə zərbələr endirməyə başlayıb. İnsident nəticəsində 11 nəfər xəsarət alıb.    

 

Hadisə yerinə gələn polis əməkdaşları silahlını məhv edib.  


Tags:  Ev müsəlmanlarla bağlı çağırış etdi


RƏYLƏR


Top news