Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ayağını ayağının üstünə aşırıb oturan aparıcıya təpik atdılar

Ayağını ayağının üstünə aşırıb oturan aparıcıya təpik atdılar

Date: 30 November 2016 08:32

Aparıcı İpek Atcan metroda ayağını ayağının üstünə qoyub oturduğu üçün tənqid olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə İpek özü "Twitter" səhifəsində yazıb. Onun sözlərinə əsasən, metroda oturub qatarın gəlişini gözlədiyi vaxt ilginc hadisə ilə rastlaşıb.

"Qatarın gəlməsinə 3 dəqiqə var idi. Mən də ayağımı ayağımın üstünə qoyub oturmuşdum. Kənardakı insanlara baxırdım. Yanımda bir yaşlı qadın var idi. Bir kişi də o yana gedib, bu yana gəlir və mənə baxırdı. Bir də üzünü mənə tutub dedi ki, niyə ayağımı ayağımın üstünə aşırım oturmuşam və təpik atdı", - deyə Atcan vurğulayıb.

Aparıcının  deyir ki, zərbə ona dəyməsə də, amma qəlbini incidib.

Milli.Az


Tags:  Ayağını ayağının üstünə aşırıb oturan aparıcıya təpik atdılar

RƏYLƏR


Top news