Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qrup mərhələsi başladı: Liderlər qalib gəldilər

Qrup mərhələsi başladı: Liderlər qalib gəldilər

Date: 30 November 2016 09:12

Türkiyə Kubokunda qrup mərhələsinə start verilib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Super Liqada lider olan "Başakşəhər" kubokun qrup mərhələsinə də uğurlu start verib. 

Abdulla Avcının yetirmələri F qrupundakı ilk oyununda "Yeni Amasyaspor"u minimal hesabla məğlub edib. Bu qrupdakı digər oyunda "Sivasspor" evdə "Göztəpə"yə eyni şəkildə uduzub - 0:1.
 
G qrupunda isə bir oyun baş tutub. "Ümraniyespor" evdə "Aydınspor"u üstələyib - 3:1.
 
D qrupunda "Kayserispor" "Boluspor"u 3:0 hesabıyla məğlub edib. Kayseri təmsilçisinin şərəfini qoruyan millimizin sabiq üzvü Ufuk Budak matçı ehtiyat oyunçular skamyasından izləyib.
 
Qrupun digər oyununda "Beşiktaş" "Darıca Gənclərbirliyi"ni 2:1 hesabıyla məğlub edib. Oyunda "qartallar"ın hər iki qoluna Kərim Fray imza atıb.

Milli.Az


Tags:  Qrup mərhələsi başladı Liderlər qalib gəldilər

RƏYLƏR


Top news