Nazir: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini hər zaman dəstəkləyir"

Nazir: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini hər zaman dəstəkləyir"
09:17 30 Noyabr 2016
82 Ölkə
Ölkə mətbuatı
A- A+

"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsində Azərbaycanın mövqeyini dəstəkləyir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir.

Nazir əlavə edib: "Bu prinsipə əsaslanaraq, Ankara və Bakı arasında strateji əlaqələr mövcuddur və inkişaf edir".

Türkiyə və Azərbaycanın bütün beynəlxalq platformalarda hər zaman bir-birini dəstəklədiyini deyən nazir qeyd edib ki, bu fakt Ankaranı sevindirir.

Ə.Arslan qeyd edib ki, Türkiyə və Azərbaycan əməkdaşlığı gələcəkdə də yüksələn templə inkişaf edəcək: "Bu, bizim dövlətlərimiz və xalqlarımız üçün vacibdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/494321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR