Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı metrosunda süni sıxlığı kim yaradır?

Bakı metrosunda süni sıxlığı kim yaradır?

Date: 30 November 2016 09:32

Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında bu gün səhər saatlarında görünməmiş sıxlıq müşahidə edilib. 

Milli.Az xəbər verir ki, Bakının elit sayılan metro stansiyasının üç eskalatorundan çıxış üçün nəzərdə tutulan ikisində yalnız bir eskalator fəaliyyət göstərir. Elə bu səbəbdən "İçərişəhər"də platformadan eskalatora qədər olan məsafədə uzun-uzadı növbə yaranıb. Bu isə sərnişinlərin ciddi narazılığına səbəb olub.

Metroda sərnişin çoxluğu - bu nəqliyyat vasitəsini seçənlərin şəxsi işi olsa da - onların bu cür "sürpriz"lərlə qarşılaşması ki öz qərarları deyil. Təhlükəsizliyin ən yüksək həddə təmin olunması gərəkən metronun stansiyalarında bu cür süni sıxlıq yaratmaq kimə lazımdır?! Stansiyalarda təhlükəsizliklə bağlı edilən elanlar isə belə sıxlıq görənlərə mənasız gəlir.

Təhməz Təkin

Milli.Az


Tags:  Bakı metrosunda süni sıxlığı kim yaradır

RƏYLƏR


Top news