"Vaqif" operasının yeni quruluşda nümayişi uğurla baş tutub - FOTO

"Vaqif" operasının yeni quruluşda nümayişi uğurla baş tutub - FOTO
09:37 30 Noyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Ramil Qasımov ilk dəfə Vaqif obrazında çıxış edib.

Milli.Az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar Ramiz Mustafayevin Səməd Vurğunun eyniadlı dramı əsasında yazdığı "Vaqif" operasının yeni quruluşda nümayişi uğurla baş tutub. Tamaşada Vaqif obrazını ilk dəfə olaraq Akademik Opera və Balet Teatrının solisti, respublikanın əməkdar artisti, prezident təqaüdçüsü Ramil Qasımov ifa edib. Yeni quruluşda hazırlanmış "Vaqif" operası görkəmli bəstəkar Ramiz Mustafayevin 90 illik yubileyinə həsr olunub. Tamaşanın quruluşçu rejissoru Hafiz Quliyev, quruluşçu dirijoru Cavanşir Cəfərovdur. Tamaşada baş rollarda Ramil Qasımov, İlahə Əfəndiyeva, Fərid Əliyev, Cahangir Qurbanov, Taleh Yəhyayev, Tural Ağasiyev çıxış ediblər.

Tamaşada Vaqifin partiyasını ifa edəcək əməkdar artist Ramil Qasımov bu obrazın onun üçün çox önəmli olduğunu bildirib: "Bu obrazı oynamaq mənim üçün şərəf idi. Təbii ki,  bunu gerçəkləşdirmək böyük əzm, eyni zamanda məsuliyyət tələb edirdi. İnanıram ki, etimadı Ramiz Mustafayev sənətini sevənlərin, eyni zamanda, klassik musiqiyə dəyər verən tamaşaçılar qarşısında doğrulda bildim. Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyinə, yaradıcı və texniki heyətinə təşəkkür edirəm".

Onu da bildirək ki, mərhum Ramiz Mustafayev hələ sağlığında Ramil Qasımovun Vaqif obrazında çıxış etməsini arzu etmişdi.

Operaya ictimai-siyasi, eyni zamanda mədəniyyət və incəsənət xadimləri tamaşa ediblər.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az





























Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR