Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ vətəndaşı İŞİD adından minlərlə insanı öldürməyə hazırlaşdığını etiraf edib

ABŞ vətəndaşı İŞİD adından minlərlə insanı öldürməyə hazırlaşdığını etiraf edib

Date: 30 November 2016 09:57

Bakı. 30 noyabr. REPORT.AZ/ Şimali Karolina ştatının Morqanton şəhərinin sakini Castin Sallivan İŞİD terror qruplaşmasının ideyaları uğrunda kütləvi qətlə hazırlaşdığını etiraf edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında məlumat yerləşdirilib.
Məlumata görə, 20 yaşlı müttəhim çərşənbə axşamı Eşvill şəhərində federal məhkəmə qarşısına çıxıb və terror aktı törətməyə cəhd maddəsi üzrə günahını boynuna alıb.
C.Sullivan istintaqa 2014-cü ilin sentyabr ayından internetdə İŞİD terror qruplaşmasının terror hücumlarının videogörüntülərini izlədiyini və onları öz kompüterinə köçürdüyünü söyləyib. O, terror qruplaşmasının ideyalarına sadiqliyini açıq şəkildə valideynlərinə bildirib.


Tags:  ABŞ vətəndaşı İŞİD adından minlərlə insanı öldürməyə hazırlaşdığını etiraf edib

RƏYLƏR


Top news