Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Soso Pavliaşvili Bakıda – video

Soso Pavliaşvili Bakıda –  video

Date: 30 November 2016 10:01

Rusiyanın gürcü əsilli müğənnisi Soso Pavliaşvili Bakıdadır.

Axşam.az-ın məlumatına görə, ifaçı bu gün Heydər Əliyev Sarayında konsert verəcək. Onun Heydər Əliyev adına Hava Limanında lentə alınan videosunu Emin İnstaqram səhifəsində paylaşıb.

“Bakıya gəldik. Qonaqlarımız Soso Pavliaşvili və Keti Topuryadır. Konsertdə görüşərik” deyə, Emin bildirib.

Xeyriyyə məqsədli konsertdən əldə olunan gəlir xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaq.

Qeyd edək ki, S.Pavliaşvili qondarma "Dağlıq Qarabağ Respublikası"na konsertə getdiyi üçün Azərbaycanın qara siyahısına salınmışdı. O, bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan Respublikası ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş etmişdi. Müraciət müvafiq qaydada nəzərdən keçirilib və ifaçının Azərbaycan ərazisinə daxil olmasına icazə verilib.

Müğənninin Bakıya gəlməsinə bir çox sənət adamı etiraz bildirmişdi.


Tags:  Soso Pavliaşvili Bakıda video

RƏYLƏR


Top news