Bakı metrosunda İNTİHAR: 55 yaşlı kişi özünü qatarın altına atdı

Bakı metrosunda İNTİHAR: 55 yaşlı kişi özünü qatarın altına atdı
10:05 30 Noyabr 2016
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda metroda bir nəfər intihara cəhd edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Hadisə bu gün saat 09:15 radələrində metronun "Koroğlu" stansiyasında baş verib. 55-60 yaşlı kişi stansiyada özünü qatarın altına atıb. Stansiyada hərəkətdə olan qatar saxlanılıb, həmin şəxs relslərin üzərindən götürülüb.

Hadisə qatarların hərəkətində gecikməyə səbəb olub. Hazırda stansiyada qatarların hərəkəti bərpa edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR