Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlham Əliyev “Bakutel 2016” sərgisi ilə tanış olub

İlham Əliyev “Bakutel 2016” sərgisi ilə tanış olub

Date: 30 November 2016 10:09

Azərbaycan prezidenti İlham Əliyevvə xanımı Mehriban Əliyeva noyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları “Bakutel 2016” sərgisi ilə tanış olublar.

 

"APA-Economics"in xəbərinə görə, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan prezidentinə sərgi barədə məlumat verib.

 

Bildirilib ki, regionun ən böyük tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır. İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib.

 

Qeyd olunub ki, builki sərgidə Azərbaycan, ABŞ, Almaniya, Türkiyə və digər ölkələri təmsil edən 200-dən artıq şirkət iştirak edir. İştirakçıların 40%-i “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alır. Ənənəvi olaraq, sərgidə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur.

 

Dövlətimizin başçısı sərginin pavilyonları ilə yaxından tanış olub.


Tags:  İlham Əliyev Bakutel 2016 sərgisi tanış olub



RƏYLƏR


Top news