Nardaran sakini metroda özünü qatarın altına atıb

Nardaran sakini metroda özünü qatarın altına atıb
10:12 30 Noyabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Nardaran sakini metroda intihara cəhd edib.
"Report"un xəbərinə görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr və mətbuat katibliyinin rəisi Nəsimi Paşayev məlumat verib.
O bildirib ki, bu gün saat 09:20-də 1951-ci il təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğlu özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. Maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub. Xətdən gərginlik çıxarılıb və sərnişin qatarın altından çıxarılıb. N.Əhmədov relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
"Qatarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır", - N.Paşayev əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/nardaran-sakini-metroda-ozunu-qatarin-altina-atib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR