Hesablama Palatası: Vergi daxilolmaları üzrə proqnozun icrası üçün nağd əməliyyatlar məhdudlaşdırılmalıdır

Hesablama Palatası: Vergi daxilolmaları üzrə proqnozun icrası üçün nağd əməliyyatlar məhdudlaşdırılmalıdır
10:42 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar üzrə proqnozun icra olunması nağd əməliyyatların məhdudlaşdırılması, vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda elektron qaimə-faktura sisteminin tətbiqi məsələlərinin uğurlu həllindən bilavasitə asılıdır.
"Report" bu barədə “2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyinə istinadən xəbər verir.
"Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin olunan əlavə dəyər vergisinin və sadələşdirilmiş verginin vergitutma bazasını formalaşdıran makroiqtisadi mühitin kövrəkliyi şəraitində növbəti il üçün müəyyən edilmiş proqnozların artıqlaması ilə reallaşdırılması “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə əks etdirilən kompleks tədbirlərin, xüsusilə də nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması, vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda elektron qaimə-faktura sisteminin tətbiqi məsələlərinin uğurlu həllindən bilavasitə asılıdır", - deyə sənəddə qeyd olunub.
Rəydə bildirilir ki, elektron qaimənin tətbiqi prosesinin eyni zamanda ÜDM-in təxminən 60%-ni təşkil edən xidmətlərin istehsalı, tikinti, turizm, nəqliyyat, informasiya və rabitə sahələrini də vahid sistem olaraq əhatə etməsi büdcə gəlirlərinin mobilizasiyasına müsbət təsir göstərəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/hesablam-palatasi-vergi-daxilolmalari-uzre-proqnozun-icrasi-ucun-nagd-emeliyyatlar-mehdudlasdirilma

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR