"Yoxluğuna inana bilmirəm" - Vidadi Bərdəlinin müğənni qızı

"Yoxluğuna inana bilmirəm" -  Vidadi Bərdəlinin müğənni qızı
10:46 30 Noyabr 2016
200 Şou
Ölkə mətbuatı
A- A+

Mərhum müğənni Vidadi Bərdəlinin dünyasını dəyişməsindən 5 il ötür.

Axşam.az-ın məlumatına görə, ifaçının müğənni qızı Aytac Bərdəli atası ilə bağlı təəssüratlarını bölüşüb.

O bildirib ki, atası üçün çox darıxır:

“İllər necə tez ötüb keçdi. Bu 5 ildə nələr oldu, bitdi... Görəsən, heç xəbərin oldumu? Hər dəfə səni yuxularımda bir cür görürdüm və darıxmaq hissi gələndə boğulurdum. Yenə də darıxıram. Övladlarına qarşı istəyin, o gülüşün bambaşqa idi. Atasız qalmağı təsəvvür etməzdik, onun nə olduğunu bizə daddırdın. Rahat, nur içində yatmağın üçün əlimizdən gələn dua etməkdir. Allah hər zaman ruhunu şad eləsin. 30 noyabrda səhərə yaxın bizi dəhşət bürüdü. Hələ də yoxluğuna inana bilmirəm. Sən məni, qızını hiss edirsən, xoş günlərimə sevinirsən. Sənə çox ehtiyacımız olur, bu da qəlbimizdəki başqa bir ağrıdır”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62125

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR