Siyəzən və Qazax magistral qaz kəmərlərində təmir işləri aparılacaq

Siyəzən və Qazax magistral qaz kəmərlərində təmir işləri aparılacaq
10:57 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Bu gün saat 16:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Altıağac”, saat 10:00-dan 13:00-dək Qazax magistral qaz kəmərləri sahəsinin “Xoşbulaq” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir müddətində Xızı rayonunun Altıağac, Qızılqazma və Yalınca, Daşkəsən rayonunun Zağalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/siyezen-ve-qazax-magistral-qaz-kemerlerinde-temir-isleri-aparilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR