Azərbaycanda Vergilər Nazirliyinə dəstəklə bağlı Tvinninq Layihəsi yekunlaşıb

Azərbaycanda Vergilər Nazirliyinə dəstəklə bağlı Tvinninq Layihəsi yekunlaşıb
10:57 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Bu gün Bakıda Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq Layihəsinin yekunları ilə bağlı təqdimat mərasimi keçirilib. 
"Report"un məlumatına görə, mərasimdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, Vergilər Nazirliyi dövlət vergi orqanları qarşısında qoyulan məqsəd və vəzifələrə nail olunması üçün insan resurslarının inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır: "Bu sahədə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün zəruri qanunvericilik, institusional və maddi-texniki baza artıq yaradılıb. 27 ay davam edən Tvinninq Layihəsinin icrası zamanı Vergilər Nazirliyinin aidiyyəti əməkdaşları insan resurslarının idarə edilməsi, risklərin analizi üçün informasiyaların toplanması və təhlili üsulları sahəsində İspaniya və Fransa vergi administrasiyalarının ən yaxşı təcrübəsini ətraflı şəkildə öyrəniblər".
"Bu müddət ərzində insan resurslarının inkişafı sahəsində uzunmüddətli strategiya və tədbirlər planının layihəsi, insan resurslarının idarə edilməsi sahəsində bir sıra qaydalar, tədris-təlim proqramları, üsulları və təlim keçmək üçün metodik materiallar, o cümlədən yekun hesabat hazırlanıb, 2 kitab nəşr olunub", - deyə nazir müavini qeyd edib.
S.Ələkbərov layihə üzrə görülmüş və bundan sonra görülməsi nəzərdə tutulan işlərin ölkədə aparılan islahatlar çərçivəsində vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və vergi daxilolmalarının artımına töhfə verəcəyinə əminliyini diqqətə çatdırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-vergiler-nazirliyine-destekle-bagli-tvinninq-layihesi-yekunlasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR