Bakı Hava Limanının əməkdaşı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Bakı Hava Limanının əməkdaşı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb
10:57 30 Noyabr 2016
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Heydər Əliyev Beynəlxalq Aeroportunda bədbəxt hadisə baş verib.
"Report"un xəbərinə görə, aeroportun əməkdaşı 21 yaşlı Ağadadaşov Qalibbəy Mahmud oğlu sürətlə hərəkət edən zaman qapıdakı iri şüşəni görməyib nəticədə o, şüşəyə çırpılıb. Q.Ağadadaşov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Q.Ağadadaşovun dediyinə görə, hadisə vaxtı vətəndaşlardan birinə məxsus pasporta baxa-baxa sürətlə hərəkət edirmiş.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-hava-limaninin-emekdasi-bedbext-hadise-neticesinde-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR