PKK Kərkükdəki terrorçularının sayını artırıb

PKK Kərkükdəki terrorçularının sayını artırıb
11:02 30 Noyabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ İranyönlü “Haşdi Şəbi” və terrorçu PKK qruplaşmaları İraqın Kərkük şəhərindəki silahlılarının sayını artırıb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, İŞİD-in Kərkükə hücumlarından sonra İraq hökuməti şəhərdəki “Haşdi-Şəbi” silahlılarının sayını çoxladıb, terrorçu PKK silahlılarının sayı da artıb.
İnformasiyaya görə, PKK silahlıları İŞİD-ə qarşı mübarizə aparmaq üçün bölgəyə gəlsə də, Kərkükdə qərargah quraraq, şəhərdən çıxmayıblar.
Rəsmi Bağdad bu günədək terrorçu PKK ilə qeyri-rəsmi əlaqə qurub. İraq hökuməti Kərkükdəki terrorçu PKK üzvlərinə maaş belə ödəyir. Məlumata görə, rəsmi Bağdadın “Haşdi Şəbi”yə verdiyi silahların müəyyən hissəsinin PKK-ya ötürüləcəyi ehtimal edilir. PKK-ya nömrəli deyil, xaricdən gətirilən nömrəsiz silahlar veriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/region/pkk-kerkukdeki-terrorcularinin-sayini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR