Vergilər Nazirliyində yeni tvinninq layihəsi həyata keçiriləcək

Vergilər Nazirliyində yeni tvinninq layihəsi həyata keçiriləcək
11:07 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanda 2005-ci ildən vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir və bu müddət ərzində 1 200 nəfərdən çox şəxs işə qəbul edilib. "Report" xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərovun sözlərinə görə, hazırda Nazırlık əməkdşlarının 50%-dən çoxu bu üsulla işə qəbul edilib.
Avropa İttifaqının Azərbaycandakı deleqasiyasının nümayəndəsi Jeron Uillems (Jeroen Willems) isə bildirib ki, Tvinninq Layihəsinin icrası müddətində 30 dövlət qurumu bu layihədən yararlanıb: "Əsasən də qadınların layihə çərçivəsində aktivliyi yüksəlib".
Fransa səfirinin müavini xanım Fabyen Droyt Lozinski isə deyib ki, gələn ildə ikinci Tvinninq Layihəsinə start veriləcək: "İspaniyanın müvafiq agentliyi ilə birlikdə biz Azərbaycanda ikinci Tvinninq Layihəsinin reallaşdırılmasına hazırıq".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/vergiler-nazirliyinde-yeni-tvinninq-layihesi-heyata-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR