Ramil Şeydayevə görə "Trabzonspor"da QALMAQAL

Ramil Şeydayevə görə "Trabzonspor"da QALMAQAL
11:17 30 Noyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Trabzonspor" klubunda uğursuz transferlərin səbəbkarları müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, komandanın Super Liqada 12 oyuna 12 xalla 14-cü pillədə yer almasında mövsümün əvvəlində qurulan skaut heyəti günahkar sayılıb. Ötən tur "Trabzonspor" 10 oyunçu ilə qalan "Gənclərbirliyi"ni yenə bilməyib - 0:0. Bundan sonra klubun prezidenti Muharrem Usta baş məşqçi Ersun Yanalla görüşüb. Müzakirələrdən sonra yayda alınmış futbolçuların lazımi səviyyədə hazırlıqlı olmadıqları qənaətinə gəlinib.
Mövsümün əvvəlində qurulan və Nevzat Aydının rəhbərlik etdiyi 15 nəfərlik skaut heyəti uğursuzluğun səbəbkarı sayılıb. Heyətdə türklərlə yanaşı, Rusiya, Yunanıstan və Fransadan da üzvlər yer alıb. Klub onların fəaliyyəti üçün 300 min avro büdcə ayırsa da, indiyədək ikiqat artıq vəsait xərclənib. Skautların istəyilə alınan 5 futbolçudan biri Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev olub. Amma o, Super Liqa matçlarında meydana çıxmayıb, ölkə kubokunda isə 2 oyunda forma geyinib.
Uğursuz nəticələrdən sonra skaut heyəti tərkibinin 4-5 nəfərədək endiriləcəyi və onun Yanala tabe olacağı bildirilir. Kluba tezliklə ulduz futbolçu transfer olunmasına qərar verilib.
Qeyd edək ki, yayda Rusiya "Zenit"indən transfer edilmiş Ramil Şeydayevin qış transfer dövründə "Trabzonspor"dan ayrılacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/494368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR