Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Moskvada azərbaycanlıların iştirakı ilə kütləvi dava-dalaş faktı ilə bağlı cinayət işi açılıb

Moskvada azərbaycanlıların iştirakı ilə kütləvi dava-dalaş faktı ilə bağlı cinayət işi açılıb

Date: 30 November 2016 11:17

Bakı. 30 noyabr. REPORT.AZ/ Moskva polisi Rusiya paytaxtındakı Çeremuşki bazarında mühafizəçilər və azərbaycanlılar arasında atəş açılmasıyla baş verən dava-dalaş faktı üzrə cinayət işi açıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
"Faktla bağlı cinayət işi açılıb və hadisəni törədənlərin tapılması məqsədilə tədbirlər həyata keçirilir. Polis bölməsinə aparılan vətəndaşların qeyri-qanuni fəaliyyətdə əlinin olub-olmadığı araşdırılır", - mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, Çeremuşki bazarında mühafizəçilər və azərbaycanlılar arasında dava dünən axşam baş verib. Bazarın sahibinin verdiyi ifadəyə görə, mühafizəçilər onlarla satıcını bazar ərazisindən çıxarmağa çalışıb. Qarşıdurma zamanı iştirakçılardan biri rəqibini travmatik silahdan açdığı atəşlə yaralayıb, xəsarət alan şəxs tibb müəssisəsinə göndərilib.
Münaqişə iştirakçıları saxlanılıb. Bundan əlavə, məsələni araşdırmaq və aydınlaşdırmaq məqsədilə Çeremuşki bazarının direkotoru da polis bölməsinə çatdırılıb.


Tags:  Moskvada azərbaycanlıların iştirakı kütləvi dava-dalaş faktı bağlı cinayət işi açılıb

RƏYLƏR


Top news