Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ən məşhur təqvim erotikanı bir kənara atdı - FOTO

Ən məşhur təqvim erotikanı bir kənara atdı - FOTO

Date: 30 November 2016 11:22

Parisdə dünyanın ən məşhur təqvimi sayılan "Pirelli 2017"nin təqdimat mərasimi keçirilib.

Təqvimdəki fotoların müəllifi Piter Lindberqdir.

Milli.Az The Sun-a istinadən bildirir ki, "Pirelli"nin builki təqviminin çəkilişləri ilk dəfə beş məkanda aparılıb. Lindberqin Berlin, Los-Anceles, Nyu-York, LondonFransadakı Le-Tuke kommunasındakı çəkilişlərinin sonucları 40 kadrdır.

Yeni təqvim əvvəlkilərdən köklü şəkildə fərqlənir.

"Məqsədim fotoportret anlayışına yenidən baxışdır. Çəkilişlərə mənimçün xüsusi əhəmiyyət kəsb edən qadınları dəvət etdim. Rəssam kimi üzərimə düşən iş qadınları əbədi gənclik və kamillik fetişindən azad etməkdir. Çağdaş cəmiyyətin tapındığı gözəllik idealı ximeradır.

Təbii qadınlar və gözəlliyə inamını vurğulamaq üçün Lindberq 14 məşhur aktrisa və qadının fotolarını çəkib. Onların arasında Penelopa Krus, Nikol Kidman, Runi Mara, Helen Mirren, Culianna Mur, Şarlotta Remplinq, Lea Seydu və Uma Turman, habelə Rusiyanın "Rostex" şirkətinin rəhbəri Sergey İqnatyevin qızı, professor Anastasiya İqnatova da var.

Təqvimə çəkilmiş xanımların siyahısını təqdim edirik:

1. Cessika Çesteyn - 39 yaş

2. Penelopa Kruz - 42

3. Runi Mara - 31

4. Helen Mirren - 71

5. Alisiya Vikander - 28

6. Keyt Uinslet - 41

7. Çjan Ziyu - 37

8. Şarlott Remplinq - 70

9. Lia Seydu - 31

10. Lupita Nyonq - 33

11. Culiann Mur - 55

12. Robin Rayt - 50

13. Uma Turman - 46

14. Anastasiya İqnatova - 37

Milli.Az











































Tags:  məşhur təqvim erotikanı kənara atdı FOTO

RƏYLƏR


Top news