Topaz Premyer Liqasının XIII turunun son oyunu - “Qarabağ” – “Qəbələ” dueli qonaqların məğlubiyyəti (1:2) və bir futbolçularının cəzalı duruma düşməsi ilə nəticələnib.
Fanat.Az xəbər verir ki, dünənki matçın 90+2-ci dəqiqəsində sarı vərəqə alan Ürfan Abbasov növbəti turu buraxacaq. Çünki bu, gənc müdafiəçinin 4-cü xəbərdarlığı olub.
Qeyd edək ki, hazırda “Qəbələ”nin 5 futbolçusunun - Asif Məmmədov, Elvin Camalov, Ruslan Qurbanov, Rafael Santos və Voyislav Stankoviçin balansında 3 sarı vərəqə var. Sözügedən futbolçular cəzalı duruma düşməyə ən real namizədlərdir.
Fanat.Az