Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyanın energetika naziri İrana səfər edəcək

Rusiyanın energetika naziri İrana səfər edəcək

Date: 30 November 2016 11:27

Bakı. 30 noyabr. REPORT.AZ/ Rusiyanın energetika naziri Aleksandr Novak dekabrın 13-də İrana səfər edəcək.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan bildirib.
Səfirin sözlərinə görə, A.Novak Rusiya-İran birgə İqtisadi Komissiyasının iclasında iştirak edəcək. O deyib ki, İranla Rusiya arasında iş adamlarına vizaların verilməsinin asanlaşdırılmasına dair razılıq əldə olunub.
Qeyd edək ki, noyabrın 28-də Rusiyanın dövlət başçısı Vladimir Putinlə İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. Prezidentlər neft hasilatı ilə bağlı iki ölkənin fəaliyyətinin uzlaşdırılmasına dair razılıq əldə ediblər. 


Tags:  Rusiyanın energetika naziri İrana səfər edəcək

RƏYLƏR


Top news