Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vidadi Bərdəlinin müğənni qızı: "Yoxluğuna inana bilmirəm"

Vidadi Bərdəlinin müğənni qızı: "Yoxluğuna inana bilmirəm"

Date: 30 November 2016 11:32

Mərhum müğənni Vidadi Bərdəlinin dünyasını dəyişməsindən 5 il ötür. 

Axşam.az-ın məlumatına görə, ifaçının müğənni qızı Aytac Bərdəli atası ilə bağlı təəssüratlarını bölüşüb.

O bildirib ki, atası üçün çox darıxır:

"İllər necə tez ötüb keçdi. Bu 5 ildə nələr oldu, bitdi... Görəsən, heç xəbərin oldumu? Hər dəfə səni yuxularımda bir cür görürdüm və darıxmaq hissi gələndə boğulurdum. Yenə də darıxıram. Övladlarına qarşı istəyin, o gülüşün bambaşqa idi.

Atasız qalmağı təsəvvür etməzdik, onun nə olduğunu bizə daddırdın. Rahat, nur içində yatmağın üçün əlimizdən gələn dua etməkdir. Allah hər zaman ruhunu şad eləsin. 30 noyabrda səhərə yaxın bizi dəhşət bürüdü. Hələ də yoxluğuna inana bilmirəm. Sən məni, qızını hiss edirsən, xoş günlərimə sevinirsən. Sənə çox ehtiyacımız olur, bu da qəlbimizdəki başqa bir ağrıdır".

Milli.Az


Tags:  Vidadi Bərdəlinin müğənni qızı Yoxluğuna inana bilmirəm

RƏYLƏR


Top news