Bakı sakinin evindən 12 min dollar oğurlayan şəxslər saxlanılıb

Bakı sakinin evindən 12 min dollar oğurlayan şəxslər saxlanılıb
11:32 30 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı sakininin evindən 12 000 dollar və qızıl zinət oğurlayan şəxslər saxlanılıb.
"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin və Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər xidmətləri və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-də Bakı şəhər sakini Zenfira Xasanovanın evindən 12.000 ABŞ dolları və 3.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Fidan Murtuzova və Səfər Şirinli tutulub, daha 1 nəfər isə müəyyən edilib.
Araşdırmalar davam etdirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-sakinin-evinden-12-000-dollar-ogurlayan-sexsler-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR