Almaniyalı hücumçu: "Azərbaycana qarşı oynamaq asan olmayacaq"

Almaniyalı hücumçu: "Azərbaycana qarşı oynamaq asan olmayacaq"
11:42 30 Noyabr 2016
78 İdman
Ölkə mətbuatı
A- A+

"Fikrimcə, yaxşı qrupa düşmüşük. Bu qrupdan çıxa bilərik". Apasport.az saytının məlumatına görə, bunu Almaniya millisinin voleybolçusu Luiza Lippmann deyib.
 
22 yaşlı hücumçu Avropa çempionatının püşkü ilə bağlı açıqlama verib. "Dresdner"in şərəfini qoruyan oyunçu bildirib ki, Azərbaycan, Polşa və Macarıstanla A qrupuna düşmələri növbəti mərhələyə lider kimi yüksəlmələri ilə nəticələnəcək:

"Əgər biz çempionata yaxşı hazırlaşsaq, bunun öhdəsindən gəlmək gücündəyik. Əlbəttə, Azərbaycana qarşı oynamaq asan olmayacaq. Polşa yığması isə Olimpiya Oyunlarından sonra heyətini yenidən qurur. Macarıstan yığması haqda isə ümumiyyətlə heç nə bilmirəm".
 
Qeyd edək ki, Avro-2017-yə Azərbaycan və Gürcüstan ev sahibliyi edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/494376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR