KİV: Donald Tramp Stiven Mnuçini maliyyə naziri təyin etmək niyyətindədir

KİV: Donald Tramp Stiven Mnuçini maliyyə naziri təyin etmək niyyətindədir
12:07 30 Noyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Stiven Mnuçini maliyyə naziri təyin etmək niyyətindədir.
Bu barədə "Report" "The New York Times"a istinadən xəbər verir.
D.Trampın komandasındakı mənbənin məlumatına görə, təyinatın rəsmi elan edilməsi qarşıdakı günlərdə baş verə bilər.
S.Mnuçin D.Trampın müşaviri olub və onun seçki kampaniyasının maliyyə şöbəsinin rəhbəri vəzifəsini tutub, seçki kassasına vəsaitlərin toplanmasına cavabdeh olub. Amerikalı sahibkar seçkilərə qədər ABŞ-ın "Goldman Sachs" bankının əsas tərəfdaşı olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ki-v-donald-tramp-stiven-mnucini-maliyye-naziri-teyin-etmek-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR