Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qazın bahalaşmağı yaxşı oldu" - Elza Seyidcahan

"Qazın bahalaşmağı yaxşı oldu" -  Elza Seyidcahan

Date: 30 November 2016 12:11

Əməkdar artist Elza Seyidcahan nəvəsi Səmərruxla birlikdə kamera qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, müğənni nəvəsinin onun sənətini davam etdirməsini istədiyini deyib:

"Nəvəmi incitmək istəmirəm. sadəcə həkimə aparmışdıq, vaxtı uzatdılar, mən də onu yanımda gətirməli oldum. Səmərrux Elza Seyidcahanın nəvəsi olduğuna görə işə düşüb. Gələcəkdə nəvəmin mənim yolumu davam etdirməsini istəyərdim. Niyə də yox?! Şərəfli yoldur".

E.Seyidcahan Tarif Şurasının qazın qiymətlərini dəyişdirməsi haqda danışıb:

"Qazın bahalaşmağı yaxşı oldu. Onsuz da hamımız qazı boş-boşuna yandırırdıq. Bahalaşsın ki, qazın qədrini bilək. Elə ölkələr var ki, orada qaz yoxdu, onu xaricdən gətirirlər. Amma bizdə var, bütün günü boş-boşuna istifadə edirlər. Elə ki kart qoyursan, qazın da qədrini bilirlər, suyun da. Qorxmasınlar".


Tags:  Qazın bahalaşmağı oldu Elza Seyidcahan

RƏYLƏR


Top news