Rəhim Həsənovun penalti epizodunun oxşarı – Kollina şərh edir (VİDEO)

Rəhim Həsənovun penalti epizodunun oxşarı –   Kollina şərh edir (VİDEO)
12:17 30 Noyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Qarabağ” – “Qəbələ” matçının 85-ci dəqiqəsində baş hakim Rəhim Həsənovun təyin etdiyi penalti qərarı müzakirələrə yol açıb.


Fanat.Az xəbər verir ki, referinin təyin etdiyi penaltinin yanlış olduğunu düşünənlər daha çoxdur. Lakin istənilən halda mütəxəssis rəyi və oxşar epizodlarla bağlı verilən qərarları xatırlamaq daha yaxşı olar.


İnternet qaynaqlarında əllə oyunla bağlı xeyli epizod var. Onlardan birini diqqətinizə çatdırırıq. Ukrayna Super Kuboku uğrunda keçirilən “Dinamo” – “Şaxtyor” görüşündə oxşar epizod qeydə alınıb. Top öncə ələ, sonra sifətə dəyib.


Matçın referisi buna görə penalti qərarı çıxarmayıb. Üstəlik, epizodu şərh edən tanınmış sabiq referi Pyerluci Kollina baş hakimin doğru qərar verdiyini bildirib. 

Sözügedən epizodu 5-ci dəqiqədən etibarən izləyə bilərsiniz.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rhim-hsnovun-penalti-epizodunun-oxar-t54577.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR