Küçə uşaqları İİV-ə yoluxma ilə bağlı risk qrupundan çıxarılıb

Küçə uşaqları  İİV-ə yoluxma ilə bağlı risk qrupundan çıxarılıb
12:24 30 Noyabr 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

 

“Bu günə qədər Azərbaycanda küçə uşaqları arasında İİV-ə yoluxma faktı aşkarlanmayıb”.

 

Lent.az-ın məlumatına görə, bunu  Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov 1 dekabr Ümümdünya QİÇS-lə mübarizə gününə həsr edilmiş tədbirdə deyib.

 

N.Zülfüqarovun sözlərinə görə, Azərbaycanda İİV-ə yoluxma halları arasında 4 əsas risk qrupu var: “ Bunlara məhbuslar, homoseksuallar, seks biznes işçiləri, inyeksiyon yollarla yoluxanlar daxildir”.

Ötən il bu 4 risk qrupu arasında monitorinq keçirildiyini deyən Şöbə müdiri bildirib ki, monitorinqin nəticələrinə görə, bu qruplar arasında QİÇS-ə yoluxma hallarının azalması qeydə alınıb: “2011-ci ilə qədər QİÇS-ə yoluxma ilə bağlı küçə uşaqları da risk qrupuna daxil idi. Lakin küçə uşaqları arasında kəşfiyyat-epidemoloji nəzarət tədbiri həyata keçirildi və onlar arasında İİV-ə yoluxma halı müəyyən edilmədiyi üçün küçə uşaqları risk qrupundan çıxarıldı”.

Eyni zamanda, bu vaxta kimi həkimlər arasında da xəstəliyə yoluxma faktı aşkarlanmadığını deyən N.Zülfüqarov əlavə edib ki, qanunvericiliyə əsasən, əgər cərrahiyyə sahəsində olan həkimlərdə bu xəstəlik aşkar edilsə, o zaman onun sahəsi dəyişdirilir: “O, stasionar şöbəyə köçürülərək işlə təmin olunur. Bundan başqa, bu günə qədər gözəllik salonunda, stomatoloji kabinetlərdə İİV-ə yoluxma halları müşahidə edilməyib”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR