Kastro ilə 1 milyon insan vidalaşdı - FOTO

Kastro ilə 1 milyon insan vidalaşdı - FOTO
12:27 30 Noyabr 2016
49 Dünya
Ölkə mətbuatı
A- A+

Kubanın paytaxtı Havanada ölkə inqilabının lideri, 90 yaşında vəfat etmiş Fidel Kastro Rus ilə vidalaşma mərasimi keçirilib.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, Havanadakı İnqilab Meydanında 1 milyon insan olub.

Onlarla ölkədən dövlət və hökumət başçılarının, rəsmi nümayəndə heyətlərinin qatıldığı mərasimi Kubanın dövlət televiziyası birbaşa translyasiya edib.

Mərasimdə Boliviya, Nikaraqua, Meksika, Venesuela və Zimbabvenin prezidentləri, Qətər əmiri Əmir Həmad bin Xəlifə əl Tani, Yunanıstanın baş naziri Alaksis Sipras, Hollivud ulduzu Denni Qlover də iştirak ediblər.

Aksiyada Kubanın dövlət başçısı, mərhum Komandantenin kiçik qardaşı, ölkənin Dövlət Şurasının sədri Raul Kastro, hökumət üzvləri, ictimai və dövlət xadimləri iştirak ediblər.

Fidel Kastronun kremasiya olunmuş cəsədinin külü dekabrın 4-də Komandantenin doğma şəhəri Santyaqo de Kubada torpağa veriləcək.

Milli.Az

































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR