Vəlvələ çayı daşıb, Qubanın 50 məhəlləsinə gediş-gəliş çətinləşib

Vəlvələ çayı daşıb, Qubanın 50 məhəlləsinə gediş-gəliş çətinləşib
12:27 30 Noyabr 2016
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Vəlvələ çayının daşması Quba rayonunda 50 məhəlləyə gedənm yolda gediş-gəlişi çətibləşdirib. 
Bu barədə "Report"un Şimal bürosuna açıqlama verən Rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Yusif Abidov bildirib ki, Vəlvələ çayı mütəmadi olaraq bu yaşayış massivində fəsadlar törədir: "Fəsadların aradan qaldırılması üçün əraziyə texnika göndərilib. Həmin yaşayış massivinin yaxınlığında yerləşən istirahət mərkəzinin sahibinə tövsiyə olunub ki, sakinlərə kömək məqsədi ilə istirahət mərkəzinin yolundan onlara istifadə etməyə icazə versin. Sahibkarda sakinlərə istirahət mərkəzinin yolundan sitifadə etmnəyə icazə vermişdi. İndi sahibkar yolu bağlayıbsa İcra Hakimiyyəti sahibkarın işinə müdaxilə edə bilməz. Lakin biz bu məsləni diqqəti saxlamışıq, selin yaratdığı fəsadların və yolun bərpa olunması üçün adiyyəti qurumlara tapşırıqlar veriləcək".
Xatırladaq ki, bu ilin sentyabr ayının əvvəlində rayon ərazisində müşahidə olunan güclü yağəşlardan sonra Vəlvələ çayı daşıb, Nəticədə rayonun Afurca kəndinin Durahi adlanan yaşayış massivinə gedən yolda sakinlərin və nəqliyyatıən hərəkətində çətinliklər yaranıb. 
Yaşayış massivinin yaxınlığında yerləşən istirahət mərkəzinin sahibi sakinlərə müvəqqəti istifadə üçün yol verib. Sonradan yolun bağlanılması sakinləri çətin durumu salıb.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/velvele-cayi-dasib-qubanin-50-mehellesine-gedis-gelis-cetinlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR