Dekabrın 3-dək hava şəraiti qeyri-sabit keçəcək

Dekabrın 3-dək hava şəraiti qeyri-sabit keçəcək
12:27 30 Noyabr 2016
250 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Dekabrın 1-dən 3-ü gündüzədək Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, ölkə ərazisində arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/dekabrin-3-dek-hava-seraiti-qeyri-sabit-kececek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR