Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı aktyor dünyasını dəyişdi

Azərbaycanlı aktyor dünyasını dəyişdi

Date: 30 November 2016 12:36

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ziyadxan Cəbrayılov bu gün səhər saatlarında dünyasını dəyişib.

Bu barədə Axşam.az-a Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib.

Qeyd olunub ki,  aktyor doğulduğu Şamaxı rayonunda dəfn olunacaq.

Teatrda işlədiyi müddət ərzində Əbülhəsən (“Subaylarınızdan görəsiniz”, S. Ələsgərov), Kar Möhsüm (“Beş manatlıq gəlin”, S. Rüstəmov), Həkim (“Hicran”, S. Rəhman, E. Sabitoğlu), Aşbaz (“Məlikməmmədin nağılı”), Qəzetçi Səfdər (“Özümüz bilərik”, S. Ələsgərov), Fərrux kişi (“Nəğməli Könül”, E. Sabitoğlu, X. Hasilova) və başqa obrazları canlandırıb.


Tags:  Azərbaycanlı aktyor dünyasını dəyişdi

RƏYLƏR


Top news