"Təcili Təbrizə getməliyəm" - xərçəngə tutulan rejissor

"Təcili Təbrizə getməliyəm" -  xərçəngə tutulan rejissor
12:41 30 Noyabr 2016
207 Şou
Ölkə mətbuatı
A- A+

“Müalicəm normal gedir. Xəstəliyimin adı bəllidir, əlbəttə ki, müalicəsi ağrısız olmur. Ağrılarım var. Amma naşükürlük etmirəm, burda məndən pis ağrı çəkənlər olur".

Bu sözləri Axşam.az-a açıqlamasında qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkidə deyib.

Rejissor bildirib ki, müalicəsinin ikinci hissəsi bitmək üzrədir:

“Müalicəmin birinici hissəsi yaxşı nəticələndi. İkinci hissə də bitmək üzrədir. Bitəndən sonra təcili Təbrizə getməli və bəzi analizlər verməliyəm. Həmin analizlərindən sonra həkimlər qərar verəcək ki, mənə ilik köçürülməsi lazımdır, ya yox.

Hərdən həkimlər mənə şərait yaradır, evə buraxırlar. Bir neçə dəfə ailəmin yanına getmişəm, şəhərə gəzintiyə də çıxmışıq. Burada hər bir şərait qurulub. Amma yenə də darıxıram. İnsan ünsiyyət axtarır".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62141

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR