Formula 1 yarışı üçün könüllülərin qəbulu aparılır

Formula 1 yarışı üçün könüllülərin qəbulu aparılır
12:57 30 Noyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

2017-ci ildə Bakıda ikinci dəfə keçiriləcək Formula 1 yarışı zamanı fəaliyyət göstərəcək könüllülərin qeydiyyatına başlanılıb. 3 min könüllünün qəbulunun nəzərdə tutulduğu Könüllülər Proqramına qeydiyyatın fevralın 28-dək davam etdirilməsi nəzərdə tutulub.

Milli.Az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, könüllülər işçi qüvvəsi, məkan, hava limanı, şəhər və idman əməliyyatları, tamaşaçı xidmətləri, nəqliyyat, marketinq, media əməliyyatları, protokol və mərasim sahələri üzrə fəaliyyət göstərəcəklər.
Proqrama qoşulan könüllülər fəaliyyət göstərdiyi müddət ərzində yeni bilik və bacarıqlar qazanacaq, dünyagörüşlərini daha da artıracaq, dil biliklərini gücləndirəcək və öyrəndikləri nəzəri bilikləri praktiki işdə həyata keçirmək şansı əldə edəcəklər.

Könüllü olmaq istəyənlər ingilis dilini bilməli, 1 iyun 2017-ci il tarixinə qədər 16 yaşı tamam olmalı, gərgin iş rejimində işləməyi bacarmalı, həvəsli olmalı və ölkəsini təmsil etmək arzusunda olmalıdırlar. Könüllülər Proqramına qoşulmaq istəyənlər bu keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər: http://volunteers.bakucitycircuit.com/#/login
Könüllülük fəaliyyəti haqda ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz: https://www.bakucitycircuit.com/az/haqqimizda/konullulr

BŞH tərkibində akademiya yaradılıb

Könüllülər Proqramının icrası məqsədi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərkibində akademiya fəaliyyət göstərəcək. Akademiyanın və eyni zamanda əməliyyat şirkətinin İnsan Resursları şöbəsinin rəhbəri İranə Əhmədova yeni yaradılmış akademiyanın könüllülərin fərdi inkişafında böyük xidməti olacağını bildirib: "BŞH Akademiyası Azərbaycan gənclərinin inkişafını əsas məqsəd kimi qarşıya qoymaqla bu istiqamətdə mühüm rol oynayacaqdır. Akademiyada müsahibə mərhələsindən uğurla keçmiş könüllülərin şəxsi inkişafına hesablanmış müxtəlif təlimlər ilə yanaşı xarici dil üzrə danışıq klubları təşkil olunacaq".

Akademiyada könüllülərlə yanaşı, işçilər də problemlərin asan yolla həll olunması, vaxtın düzgün idarə edilməsi, kommunikasiya və digər istiqamətlər üzrə nəzəri və praktiki biliklərini daha da genişləndirəcəklər. Daha ətraflı məlumat almaq istəyən media nümayəndələri press@synergy.az elektron ünvanına yazaraq müraciət edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" (BŞH) adlanır. 20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 370 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqası cari F1 təqvimində ən sürətli şəhər treki statusunu təsdiq etdi. Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçərişəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Salyanda 660 kv.metrlik restoran yandı

21 İyul 2017 06:39

"Yeni verilişimdə lüt gəzəcəm"

21 İyul 2017 06:34

Malikanənin öz minimalizmi - FOTO

21 İyul 2017 06:32

Yunanıstanda zəlzələ 2 can aldı

21 İyul 2017 06:29

Ermənistan səfiri ABŞ şirkətlərini qapı-qapı gəzib kömək istədi

21 İyul 2017 06:23

"Zirə"nin rumıniyalı müdafiəçisi: "Bu gün idman xoşbəxtliyi “Astra”nın tərəfində idi"

21 İyul 2017 05:42

Palanqada ailəvi ev - FOTO

21 İyul 2017 05:32

Göygöldə 7 otaqlı ev yandı

21 İyul 2017 05:28

Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində güclü zəlzələ olub, 2 nəfər ölüb, 70-i yaralanıb

21 İyul 2017 05:22

Bakıda 2 qardaş qohumları tərəfindən döyülüb

21 İyul 2017 04:57

Suriya parlamentinin sədri istefa verdi

21 İyul 2017 04:54

Əri ilə tutduğu qadının cinsiyyət orqanına acı bibər sürtdü

21 İyul 2017 04:28

Mərdəkanda sürücü piyadanı vurub qaçmaq istədi, amma...

21 İyul 2017 04:03

Bərdədə ruhi xəstə itkin düşüb

21 İyul 2017 03:52

"Qəbələ" AL-in 3-cü mərhələsinə belə adladı - VİDEO

21 İyul 2017 03:47

Acun Ilıcalı təsdiqlədi:

21 İyul 2017 03:45

Kamran Ağayev Çexiya klubuna transfer olunub

21 İyul 2017 03:37

“Qalatasaray” Avropa Liqasında mübarizəni dayandırdı

21 İyul 2017 03:33

Cavid Hüseynov: "Artıq hər bir komanda ilə oynamağa hazırıq"

21 İyul 2017 03:32

Əsl peyzaj ustası - FOTO

21 İyul 2017 03:32

Türkiyədə zəlzələ olub

21 İyul 2017 03:24

Ağcabədidə 24 yaşlı gənc əməliyyat masasında ölüb

21 İyul 2017 03:22

Kamran Ağayev rəsmən Avropa klubunda - SON ANDA

21 İyul 2017 03:17

Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ

21 İyul 2017 03:13

"İnter"in baş məşqçisi: "Cəfəng qollar buraxdıq"

21 İyul 2017 03:12

"Astra"nın kapitanı: "Bilirdik ki, bizi Bakıda çox çətin oyun gözləyir"

21 İyul 2017 03:12

Siqaret sərxoş Gəncə sakinini xəstəxanalıq etdi

21 İyul 2017 02:49

"Gündən-günə daha yaxşı olacağıq" -

21 İyul 2017 02:36

Təbiət qoynunda gözəl villa - FOTO

21 İyul 2017 02:32

Gəncə şəhər sakini özünü yandırıb

21 İyul 2017 02:27

Lukaşenko Ukraynadadır

21 İyul 2017 02:24

Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulub

21 İyul 2017 02:22

Mərdəkanda sürücü piyadanı vurub qaçmaq istəyərkən saxlanılıb

21 İyul 2017 02:02

"Hər bir komanda ilə oynamağa hazırıq" -

21 İyul 2017 01:56

Məşhur müğənni intihar etdi

21 İyul 2017 01:44

22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb -

21 İyul 2017 01:35

Amerikanın problemlərini yandırdı - FOTO

21 İyul 2017 01:32

Naxçıvanın Konstitusiyasında dəyişikliklər ediləcək

21 İyul 2017 01:29

Qriqorçuk: "Panatinaikos" Yunanıstan futbolunun nəhəngi, Avropada tanınan brenddir"

21 İyul 2017 01:27

"Koroğlu" metrostansiyası yaxınlığında piyadanı maşın vurub

21 İyul 2017 01:17

Emili gözəlliyi ilə yenə hamını valeh etdi -

21 İyul 2017 01:15

On otaqlı evdə yanğın

21 İyul 2017 01:09

"Panatinaikos" 2 il sonra Azərbaycana gəlir

21 İyul 2017 00:57

50 yaşlı cazibədar aktrisanın alt paltarsız FOTOSESSİYASI

21 İyul 2017 00:53

"İnter"in biabırçı məğlubiyyəti - VİDEO

21 İyul 2017 00:47

"Zirə" Avroliqa ilə belə vidalaşdı - VİDEO

21 İyul 2017 00:47

Bakıda yaşayış binasında yanğın baş verib -

21 İyul 2017 00:47

“Qəbələ” növbəti turda

21 İyul 2017 00:34

Avroliqada 55 metrdən FANTASTİK QOL - VİDEO

21 İyul 2017 00:28

"Qəbələ" Polşada mərhələ adladı

21 İyul 2017 00:28