"Tapşırılıb ki, "Qəbələ"nin əleyhinə nə istəyirsiz, edin"

"Tapşırılıb ki, "Qəbələ"nin əleyhinə nə istəyirsiz, edin"
13:05 30 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin baş meneceri Zaur Əzizov qafqazinfo-ya müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- Oyundan narazı qaldınız...

- Bizim üçün çox çətin və ağır gündür və hələ də davam edir (Müsahibə dünən gecə alınıb - red.) Tanış üzlərin hamısının bir daha iç üzü göründü. Hakimi, jurnalisti, AFFA Nümayəndəsi, PFL rəsmisi... Bu oyunla bağlı deyiləcək o qədər çox məqam var ki. Başlayaq oyuna hakimlərin təyinatından. Çünki yan xətt hakimlərindən biri Namiq Hüseynov idi. Hansı ki, AZAL-la matçımızda da 4-cü hakim olmuşdu. Yadınızdadırsa, həmin qarşılaşmada AZAL-ın futbolçusu İlqar Ələkbərov oyunçumuz Filip Ozobiçi təpikləmişdi. Hadisə isə Hüseynovun düz gözünün önündə baş verdi. Amma o, rəqib futbolçuya qırmızı vərəqə göstərilməsini istəməli olduğu halda bizim baş məşqçini meydandan qovdurdu. Həmin oyundan sonra da heç bir cəza almadı. Halbuki "Sumqayıt"la keçirdiyimiz matçda bizim lehimizə verilən səhv qərara görə bir yan xətt hakimi 7 oyun cəzalandırıldı. Sırf bizim qolumuzu qeydə aldığına görə. Namiq Hüseynov özü insan olaraq müsbət insandır. AZAL-la matçda isə qələbimizi də məhz o, əlimizdən aldı. Onun həmin oyunda yanlış qərar verdiyini AFFA Nizam-İntizam komitəsi də sübut etdi. İlqar Ələkbərovu cəzalandırdı. Amma Namiq Hüseynova qarşı heç bir tədbir görülmədi. Çünki bizim əleyhimizə qərar vermişdi. Leyhimizə səhv etsəydi, o da cəzalanardı. Yəni bir məsələ var ki, "Qəbələ"nin əleyhinə istənilən qərarı çıxara bilərlər. Bizə qarşı bunları edən hakimi ikinci dəfə ora göndərmək küçə dilində desək, "yaxşı elədim"dir. Bütün bunlar Avropa Liqasında mübarizə aparan komandaya qarşı hörmətsizlikdir. Ümumiyyətlə, bu insanlar qaydaları oxumurlar. Nə istəyirlərsə, elə də edirlər. Bu oyun hamımızı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun istədiyi cür hakimlik etdiyi 90-cı illərə qaytardı. Həmin vaxt da belə idi. Belə oyunlardan sonra komanda toparlanmaqda çətinlik çəkir. Biz də o durumdayıq. Amma mənə görə, bizim çempion olmağımız mümkün deyil. Bizim çempionluq şansımızı bitirdilər.

- Komandanızın baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında dedi ki, ötən il rəhbərliyə bizi müdafiə etməli olduqlarını bildirmişdim....

- AZAL-la oyundan sonra hakimlərin cəzalanmaması "Qəbələ"yə qarşı atılmış addım idi. Oyundan sonra protokolda qeyd olunanlar da boş şeydir. Ümumiyyətlə, həmin protokollar narazılıqlara baxılması üçün düzəldilsə də, arxivə qoyulan sənəddən başqa heç bir əhəmiyyət daşımır. Mən neçə ildir ki, protokol yazıram. Amma onu heç kim oxumur. Əmin ola bilərsiz. Qriqorçuk mətbuat konfransında da bildirib ki, mən Azərbaycan hakimlərinin yaxşı idarəçilik edə bildiyinə inanıram. Doğrudan da Azərbaycanda hakimlər yaxşı idarəçilik edə bilirlər. Amma lazım olanda... Təkcə hakimlərin səhvi deyil belə oyunlar...

- Səhv, yoxsa qərəz?

- Sözsüz ki, qərəz. Nə tapşırılır, onlar da icra olunur. Baxdılar ki, komanda güclüdür, çempionluq üçün oynayır, qarşısını almağa başladılar. Necə ki, ötən il sistemli şəkildə edirdilər, bu mövsüm də eynisini etməyə çalışırlar. Həmişə "Qəbələ"yə qarşı bunu edirlər. Niyə başqa komandalara qarşı olmur? Oyundan qabaq iclas oldu. Hamı orada iştirak edirdi. Toplantı başa çatanda dedilər ki, kimin sualı var? Komandamızın meneceri Səbuhi Səfiyarlı bildirdi ki, sual indi yox, oyundan sonra olacaq ki, penalti var idi, ya yox? Kim deyirsə ki, penalti var idi, həmin adamların ədalətinə şübhə edirəm. Bir məsələyə də diqqət çəkim, hərçənd AFFA Nizam-İntizam Komitəsi, çətin ki, buna reaksiya verə, Ozobiç yerə yıxıldıqdan sonra 3 tur öncə olduğu kimi bu dəfə Coşqun Diniyev yerdə oyunçunu təpikləyir.

- Sizcə, "Qəbələ"yə qarşı qərəzin səbəbi nədir?

- Rəhim Həsənov yaxşı taktika seçib. Birinci hissədə normal oyun idarə edir. İkinci hissədə isə çıxıb istədiyi kimi qərar verir. Yəqin ki, bu, tapşırıqdır. Bu mövsüm komandamız daha güclüdür və daha yaxşı müqavimət göstərir. Onun qarşısını almağa çalışırlar. "Qarabağ"la oyuna baxsanız, meydanda, futbol ilə qalib gələn tərəf bizik. Nə penalti var idi, nə də ikinci qol düzgün vuruldu. İkinci qol vurulan zaman biz soyunub-geyinmə otağında oturub qələbəmizi qeyd etməliydik. Amma Rəhim Həsənov buna imkan vermədi. "Qarabağ" qolu vurduğu zaman stadionda heç kim olmamalıydı artıq.

- İkinci qol vurulandan sonra mərkəzdən oyuna başlamamaq, meydanı tərk etmək istəyirdiz ki, Həsənov qarşılaşmanı bitirən fiti səsləndirdi?

- Hakim mərkəzdən başlama vuruşu ilə oyunun bərpa olunmasına göstəriş verdi. Sadəcə ara qarışdı, "Qarabağ"ın oyunçuları meydana çıxdı deyə fasilə yarandı. Sizə bir sual verim? Bu Şahruddin Məhəmmədəliyev kimdir və ölkə futboluna nə verib? Məncə, onun müsbət və mənfi Azərbaycan futbolunda gördüyü ən böyük iş meydanda aranı qatmaq oldu. Futbolçuları bir-birinə vurdular. Bütün bu qalmaqal Şahruddinin "əməyi" idi. Matçın sonunda oyun qaydaları pozuldu. Riçard Almeyda qırmızı vərəqə alıb meydanı tərk etməmişdi. Belə halda oyunu başlamaq olmaz. Qaydalar bunu deyir. Oyunçular da aranın sakitləşməsini gözləyirdilər. Heç kim meydanı tərk etməmişdi. Oyunun vaxtının həddindən artıq uzadılması. Qoldan sonra hakim mərkəzi göstərir, amma biz oyuna başlamamış matçı bitirib. Ümumiyyətlə, sabah başlayacaqlar ağızlarına gələni danışmağa. Gedib niyə belə etdiklərini soruşanda standart cavab verəcəklər. Mən onların nə deyəcəklərini bilirəm. Rəhim Həsənovun penalti epizodundan xəbəri yox idi. Əliyar Ağayevdən soruşur ki, "əjdaha, var idi?" Əliyar əjdahadır doğrudan da... Həsənov gördü ki, futbolçumuzun ağzı qanlı idi. Bundan sonra hakimlərə, Hakimlər Komitəsinə nə desək də, xeyri yoxdur. Onlara ən layiqli qiyməti komandamızın işçisi Səməd Nəsibov verdi: nə lazım idi, meydanda ona birbaşa bildirdi...

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rabitəçilərin hökmü sabaha qaldı

26 İyul 2017 10:44

Suriya yenə qan gölünə döndü

26 İyul 2017 10:43

“SOCAR Ukraine” “Tengizchevroil” şirkətindən maye qaz alıb

26 İyul 2017 10:42

Bakının şüşəsilən alpinistləri

26 İyul 2017 10:42

“Sumqayıt Dəmir Beton-1” səhmdarlarına hesabat verəcək

26 İyul 2017 10:42

Bakıda qonşunun atdığı siqaret az qala bir mənzili kül edəcəkdi - VİDEO

26 İyul 2017 10:42

Məzarlıqda tunel tapıldı

26 İyul 2017 10:41

Futbolçudan boşanan model özünə yeni sevgili tapdı

26 İyul 2017 10:40

Bakıda faciə: araqdan zəhərlənib öldü

26 İyul 2017 10:39

Şərqin yeni vahiməsi: İŞİD-dən də təhlükəli terror təşkilatı yarandı

26 İyul 2017 10:38

"Neftçi"dən ayrılan Gürcüstan millisinin futbolçusu "SKA-Xabarovsk" klubu ilə müqavilə bağlayıb

26 İyul 2017 10:37

Böyük akkumulyator tutumlu smartfon nümayiş olunub

26 İyul 2017 10:35

Burak Özçivitlə Fahriye Evcen toydan sonra İLK DƏFƏ - FOTO

26 İyul 2017 10:33

"Roma" "Tottenhem"dən üstün oldu - VİDEO

26 İyul 2017 10:32

Neftçalada itkin düşən abituriyentdən XƏBƏR VAR

26 İyul 2017 10:32

IV qrupda ixtisas seçimi zamanı nələrə diqqət yetirməli?

26 İyul 2017 10:27

Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozdu

26 İyul 2017 10:23

Sevda dəyişib belə oldu - FOTOlar

26 İyul 2017 10:22

Ağcaqanad dişləyən yerə bunu sürtün

26 İyul 2017 10:22

50 min adam işıqsız qaldı

26 İyul 2017 10:18

Moody's agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi

26 İyul 2017 10:17

"Sumqayıt" aşağı liqa klubuna uduzdu - VİDEO

26 İyul 2017 10:17

ABŞ Ermənistana maliyyə yardımını 3 dəfədən çox azaldıb

26 İyul 2017 10:17

Gəlini döyüb, saçını qırxdılar

26 İyul 2017 10:15

Elmdə müdhiş sıçrayış: bakteriyalarla işləyən mühərrik ixtira edildi

26 İyul 2017 10:13

Bakıda "Mercedes" yandı

26 İyul 2017 10:12

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (26.07.2017)

26 İyul 2017 10:12

Azərbaycanlı cüdoçu Avropa Olimpiya festivalında medal qazanıb

26 İyul 2017 10:12

“Moody's” “Kapital Bank”ın reytinqini təsdiqləyib

26 İyul 2017 10:12

Bakıda qayda-qanun tanımayan avtobus sürücüləri - FOTO

26 İyul 2017 10:12

“Hyundai Motors”da İFLAS TƏHLÜKƏSİ

26 İyul 2017 10:08

Kökənin içinə öz südünü qatdı, şagirdlərə satdı

26 İyul 2017 10:08

Cəbhədən XƏBƏR VAR

26 İyul 2017 10:05

Salyanda 4 otaqlı ev yandı

26 İyul 2017 10:05

Salyanda 4 otaqlı ev yandı

26 İyul 2017 10:05

Cəbhədəki son vəziyyət

26 İyul 2017 10:01

Çin sular altında qaldı - Sakinlər təxliyə olunur

26 İyul 2017 09:57

Ermənilər atəşkəs rejimini 128 dəfə pozub

26 İyul 2017 09:57

Paytaxtda "Mercedes" yandı

26 İyul 2017 09:56

24 azyaşlı qızla nikaha girən 145 uşaq atasına 5 il HƏBS CƏZASI

26 İyul 2017 09:53

Hadisə şəxsi həyatı haqqında sirlərini açdı: “Ehtirasını mənimlə yaşaya bilən bir kişidən...” - FOTO

26 İyul 2017 09:53

Azərbaycan nefti bahalaşdı

26 İyul 2017 09:52

"Əylənmək üçün toy etdik" - Burak Özçivit

26 İyul 2017 09:47

Makedoniyadakı zəlzələdə 1100 insan ölüb

26 İyul 2017 09:45

Şəki halvası haqda süjet dünyaya yayımlandı

26 İyul 2017 09:43

Bakının mərkəzi prospektində qəza: tıxac yarandı

26 İyul 2017 09:42

Azərbaycan nefti 3% bahalaşıb

26 İyul 2017 09:42

Qızıl 6 dollar ucuzlaşdı

26 İyul 2017 09:42

Manatın MƏZƏNNƏSİ

26 İyul 2017 09:37

İcra başçıları xanım müavinlərlə niyə vidalaşır?

26 İyul 2017 09:37