Xarici Kəşfiyyat Xidmətinin səlahiyyəti artırıldı

Xarici Kəşfiyyat Xidmətinin səlahiyyəti artırıldı
13:12 30 Noyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici İşlər Nazirliyi "Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"ə dəyişiklik edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli qanunu ilə "ASAN Viza" sisteminin nəzərdə tutulması ilə əlaqədar reqlamentdə dəyişiklik edilib.
 
Qanuna əsasən, Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər "ASAN Viza" sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. "ASAN Viza" sisteminin fəaliyyətinin təşkili, elektron vizanın alınması üçün elektron müraciət formasına daxil edilməli olan məlumatlar, elektron viza blankının təsviri və nümunəsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamədə müəyyən ediləcək. Elektron viza siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə veriləcək.
 
Beləliklə, bu reqlamentlə "http://evisa.mfa.gov.az" elektron ünvanında təqdim edilən elektron xidmət indiyə qədər turistlərə verilən elektron viza istisna olmaqla, Azərbaycana səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsini əhatə edib. "ASAN Viza" sisteminin tətbiqi ilə əlaqədar isə bundan sonra bu reqlamentdən turistlərlə bağlı istisna hal çıxarılıb. Başqa sözlə, bu elektron xidmət ümumiyyətlə elektron viza istisna olmaqla, Azərbaycana səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsini əhatə edəcək.
 
Digər dəyişiklik bu sahədə Xarici Kəşfiyyat Xidmətinə yeni səlahiyyət verilməsi ilə bağlıdır. İndiyə qədər elektron qaydada daxil olmuş viza verilməsi barədə ərizənin düzgün doldurulması və tələb olunan sənədlərin tamlığı diplomatik nümayəndəlik və konsulluqlar tərəfindən yoxlanıldıqdan sonra dərhal "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi (İAMAS) vasitəsilə gücləndirilmiş elektron imza ilə təsdiq edilərək baxılması üçün Nazirliyin Konsulluq idarəsinə göndərilib. Nazirliyin Konsulluq idarəsinin məsul əməkdaşı tərəfindən sorğudakı məlumatların düzgünlüyü və tamlığı yoxlanılıb və İAMAS-ın məhdudiyyət siyahıları ilə müqayisələr aparılıb. Bundan sonra, sorğu razılaşdırılma məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.  Dövlət Təhlükəsizliyi Xidmətinin rəyi alındıqdan sonra, qəbul edilən yekun rəy sorğunun daxil olduğu diplomatik nümayəndəlik və ya konsulluğa təqdim edilib. Dəyişikliyə əsasən artıq sorğu həm razılaşdırmaq, həm də rəy alınması üçün  Xarici Kəşfiyyat Xidmətinə də göndəriləcək. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Çiçək açan krossovkalar - FOTO

26 İyul 2017 02:32

"Opel” və VAZ toqquşdu: 1 ölü, 2 yaralı

26 İyul 2017 02:24

Hamiləlik dövründə cinsi əlaqə

26 İyul 2017 02:10

Frandsada vağzalda 150-dən çox mühacir tutuldu

26 İyul 2017 02:09

Bakıda qadını maşın vuraraq ağır yaralayıb

26 İyul 2017 01:37

ŞƏMKİRDƏ DƏHŞƏT: Ana iki övladı ilə birgə özünü qatarın altına atdı

26 İyul 2017 01:34

Şəhər mərkəzində orta əsr qülləsi - FOTO

26 İyul 2017 01:32

Bakıda 6 otaqlı evdə yanğın

26 İyul 2017 01:26

Bakıda qadın evində tanışı tərəfindən bıçaqlanıb

26 İyul 2017 01:17

Çavuşoğlu: ““Amnesty"-nin Türkiyə üzrə rəhbəri FETÖ üzvüdür”

26 İyul 2017 01:14

Həbsxanadan qaçan erməni yazıçı: “2 il plan qurdum, ancaq heç biri...”

26 İyul 2017 01:03

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib

26 İyul 2017 01:02

“Qarabağ” - "Şerif" matçından

26 İyul 2017 00:32

Tehran və Moskva nüvə əməkdaşlığını müzakirə etdilər

26 İyul 2017 00:29

Məşhur müğənni Mayamidə səhnəyə çıxdı - FOTO

26 İyul 2017 00:05

“Facebook” Azərbaycan kəndini “Şaumyan” adı ilə təqdim edir

26 İyul 2017 00:05

Günün qoroskopu: ciddi dəyişikliklər mümkündür

26 İyul 2017 00:05

Azərbaycanlı hakimlərin idarə etdiyi ÇL oyununda 4 qol, 8 sarı vərəqə qeydə alınıb

26 İyul 2017 00:02

Oğuza gəzintiyə gedən müəllim qəfil öldü

25 İyul 2017 23:59

Yeniyetmələrdə fiziki və psixoloji dəyişikliklər

25 İyul 2017 23:57

Yaralı hərbçiləri müalicə edən həkimlər tutuldu

25 İyul 2017 23:52

Serotonin nədir?

25 İyul 2017 23:52

"Onu gözüm çox axtardı" Tahir Gözəl

25 İyul 2017 23:52

MARAQLI YARIŞ: Ərlər arvadlarını 500 metr boynunda daşıdı - VİDEO

25 İyul 2017 23:48

"Şerif"in baş məşqçisi: "Öz qapımızı daha çox qorumalı olduq"

25 İyul 2017 23:47

Qurban Qurbanov: 0:0 hesabı da pis nəticə deyil

25 İyul 2017 23:47

“Fərəc” duası şeytanı niyə əsəbiləşdirir?

25 İyul 2017 23:47

Azərbaycan neftinin SON QİYMƏTİ

25 İyul 2017 23:42

Zoofiliya və sadomiya nədir?

25 İyul 2017 23:42

"Başqa cür oynaya bilməzdik"

25 İyul 2017 23:38

"Oyunumuzda mütləq dəyişiklik olacaq" - Qurban Qurbanov

25 İyul 2017 23:37

“Onlar istədiklərini ala bildilər” - Qurban Qurbanov

25 İyul 2017 23:37

Kürdəmirdə 7 otaqlı ev, 20 ton ot və “QAZ” kül oldu

25 İyul 2017 23:34

İran və Rusiyanı bir araya gətirən CİDDİ SƏBƏB

25 İyul 2017 23:33

Braziliyalı gözəl okean sahilində - FOTO

25 İyul 2017 23:32

Xidmətçinin ruhu kameraya düşdü - VİDEO

25 İyul 2017 23:32

"Başqa cür oynaya bilməzdik" - "Şerif"in baş məşqçisi

25 İyul 2017 23:27

"Yunanıstana miqrant axını 99 faiz azalıb" - Çavuşoğlu

25 İyul 2017 23:27

İmicinizi dəyişmək istəyirsiniz?

25 İyul 2017 23:24

“Bundan da yaxşısını bacararıq” – “Şerif”in baş məşqçisi

25 İyul 2017 23:22

Kann vağzalında 156 mühacir saxlanıldı

25 İyul 2017 23:22

Qara turp və balın faydaları

25 İyul 2017 23:22

Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

25 İyul 2017 23:22

Mingəçevir sakini 89 növ dərman içib ölmək istədi

25 İyul 2017 23:22

İmam Cəfər Sadiq niyə xilafəti ələ keçirmədi?

25 İyul 2017 23:17

Baş katib "Qarabağ"ın fan-şopundan nə aldı? - FOTO

25 İyul 2017 23:17

Məşhurlarımız istirahətə nə qədər pul xərcləyir?

25 İyul 2017 23:12

Sarımsaq yağının faydaları

25 İyul 2017 23:12

Sosial şəbəkələrdən telefon alanlar

25 İyul 2017 23:10

“Qarabağ” “Şerif”lə bacarmadı

25 İyul 2017 23:09