Ermənistan Rusiyaya birləşdirilir, Qarabağ...

Ermənistan Rusiyaya birləşdirilir, Qarabağ...
13:13 30 Noyabr 2016
138 Ölkə
Ölkə mətbuatı
A- A+

“Ermənistan vahid ordunun yaradılması ilə hərfən Rusiyaya birləşir”.

Publika.az
xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Foreign Policy” nəşri yazıb.

Nəşr qeyd edir ki, ABŞ-ın İrəvandakı səfirliyi Birləşmiş Ştatların, Avropa İttifaqının, Böyük Britaniyanın və Almaniyanın Ermənistanda keçiriləcək seçkilərə maliyyə dəstəyi verəcəyini açıqlayıb.

“Bu, Ermənistanın ABŞ və Qərbi Avropa ilə əlaqələrini möhkəmləndirdiyi deməkdir?”, - deyə nəşr sual qoyur.

Ardınca qeyd edir ki, bu, tamamilə belə deyil: “Ermənistanın müdafiə naziri Viqen Sarkisyan Moskvada səfərdədir və Rusiya müdafiə naziri Sergey Şoyqu ilə vahid ordu birləşməsinin yaradılması razılaşmasını imzalayacaq. Bu razılaşmaya əsasən Rusiya Ermənistanda istədiyi etmək imkanı qazanır. Əslində bu Ermənistanın hərfən Rusiyaya birləşməsi deməkdir”.

“Foreign Policy” vurğulayır ki, bu proseslər fonunda Dağlıq Qarabağ münaqişəsi ətrafında hadisələrin necə cərəyan edəcəyi də maraqlıdır.

Kremlin bu addımlarla nə planlaşdırdığı isə açıq olaraq qalır.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/177947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR