Dünyada qəbul olunan KİŞİ ANLAYIŞI - İNANMAYACAQSIZ -FOTOLAR

Dünyada qəbul olunan KİŞİ ANLAYIŞI - İNANMAYACAQSIZ -FOTOLAR
13:18 30 Noyabr 2016
139 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünya ölkələrində kişilərin yaraşıqlı olması ilə bağlı müxtəlif ölçülər var.

Məhz Publika.az dünyanın müxtəlif ölkələrində ideal kişinin necə olduğunu göstərən yazını təqdim edir:

ABŞ

Amerikada ideal kişi mütləq enli kürəkli və döş əzələləri isə şişirdilmiş olmalıdır. Buna “V-sayağı” bədən quruluşu deyirlər. Son dövrlərdə ağ amerikalı kişilər arasında saqqallı və dama-dama köynək dəbdədir. Bunu isə “lumbersexual” (seksual odunçu) adlandırmağa başlayıblar.

Meksika

“Maçizm” və ya “kişi şovinizmi” meksikalı kişilərinin dəyişilməyən və lazım olan atributlarından biridir. Tədqiqatlar göstərib ki, meksikalı kişilər ənənəvi dəyərlərə riayət edərək, qadınlara qarşı “maçizm” istifadə edirlər.

Braziliya

Ağ dərililər qara dərililərə nisbətən daha çox səlahiyyətə və nüfuza sahibdir. Xurma və düz saçlı kişilər bu ölkədə sərhədsiz ixtiyara sahibdir. Günəşdən qaralmış, əzələ yığmış bədən və alman üz cizgiləri Braziliya kişilərinin əsas gözəllik amilidir.

Cənubi Afrika

Açıq dəri gözəl sayılır. 2014-cü ildə “Men’s Health South Africa” və “GQ South Africa” jurnallarında çəkilən modellərin 70% ağdırlar. “Google”-da “ən seksual Cənubi Afrika kişiləri”nə axtarış verəndə regionun ağ dərili məşhurlarını göstərir. Dərinin ağardan krem isə kişilər arasında özünə qulluq vasitələrindən ən məşhurudur.

Nigeriya

Burada ideal kişi mütləq güclü və möhkəm bədənə sahib olmalıdır. Kişinin əsl əlamətləri - fiziki güc, cəsurluq, əminlik, mərdlik və emosiyaların olmamasıdır.

Türkiyə

Ənənəvi türk gözəlliyi özündə getdikcə daha çox romantik elementlər daxil edir. “Archives of Sexual Behavior” elmi jurnalında dərc olunan tədqiqatların nəticəsinə görə türk qadınlar sinəsi tüksüz kişiləri sevir. Olar bilər məhz buna görə kişilər arasında ən populyar kosmetik prosedura bədəndə tüklərin alınmasıdır.

İtaliya

İtaliya kişi modasının Məkkəsidir. İtalyan kişiləri bədənlərinə kip oturan kostyum geyinirlər. Onlar rənglərlə eksperiment eləməyi sevmirlər.

Böyük Britaniya

Model və professional ingilis futbolçuları ideal kişi obrazına nümunə gətirilir. Saça qulluq, intim yerlərin tüksüz olması burada yayılıb. Və birdə bədənin tatulu olması kişini seksual etdiyini düşünürlər.

Hindistan

Müasir Hindistan kişisi əminlik saçmalıdır, həmçinin başqa kişilər üzərində öz gücünü sübut etməlidir. Dərinin ağardan krem isə kişilər arasında çox məşhurdur.

Cənubi Koreya

Burada qarışıq tipləri sevirlər: əzələ yığmış bədə və incə üz cizgiləri. Zövqlü geyinməli və makiyajdan istifadə etmək bacarığı da olmalıdır. Plastik əməliyyatlar Cənubi Koreya kişiləri arasından getdikcə məşhurlaşır.

Filippin

Ənənəvi kişi xüsusiyyəti: ailəyə kömək, seksual yetkinlik və özünü idarə. Son zamanlardan ideal “maço” obrazı yerini “metroseksual”a buraxır.

Avstraliya

Avstraliyada aparılan sorğuda “özünüzdə ən çox nəyi dəyişmək istərdiniz” sualına, kişilər daha hündür, daha qədd-qamətli və inkişaf etmiş əzələlərə sahib olmaq istədiklərini cavab veriblər.

Rusiya

Rusiya çox böyük ölkədir, ona görə burada müxtəlif kişilər sevilirlər. Əsas odur ki, əmin baxışları və güclü əlləri olsun.

Mələk


Xəbərin orijinal ünvanı: http://publika.az/news/foto/177935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR