Yeni ödəniş terminalları quraşdırılır: xırda da qaytaracaq - FOTO

Yeni ödəniş terminalları quraşdırılır: xırda da qaytaracaq - FOTO
13:22 30 Noyabr 2016
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi poçt şöbələrində "e-GovPay" ödəniş terminallarının quraşdırılmasına başlayır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzdən bildirilib.

Yeni terminalların əsas üstünlüyü onların valyuta mübadiləsi, eləcə də pulun artığını qaytarma funksiyasına malik olmasıdır.

Mərkəzdən deyiblər ki, belə terminallar bazarlara gələn ay daxil olacaq. Birinci mərhələdə qurğular poçt şəbəkələrində, perspektivdə isə ictimai yerlərdə də quraşdırılacaq. Hazırda ilk terminal "Azərpoçt" MMC-nin Baş İdarəsində yerləşdirilib.

Terminallar vasitəsilə kommunal, rabitə xidmətləri və internetə görə ödənişləri həyata keçirmək mümkün olacaq.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR