Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Date: 30 November 2016 13:32

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
“Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:
“Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Adana vilayətinin Aladağ rayonunda şagird yataqxanasında baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”


Tags:  Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

RƏYLƏR


Top news