Azərbaycanda müəssisələrin sərəncamında qalan mənfəət və ammortizasiya hesabına xərcləri 7% artacaq

Azərbaycanda müəssisələrin sərəncamında qalan mənfəət və ammortizasiya hesabına xərcləri 7% artacaq
13:32 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanda müəssisə və təşkilatların sərəncamında qalan mənfəətin və ammortizasiya hesabına xərclərin ümumilikdə 26 030,9 mln. manat proqnozlaşdırılmaqla 2016-cı ilin təsdiq olunmuş müvafiq göstəricisi ilə müqayisədə 1 802,1 mln. manat və ya 7,4% artacağı nəzərdə tutulub.
"Report" bu barədə “2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyinə istinadən xəbər verir.
Rəydə göstərilir ki, toplu maliyyə balansının 2017-ci il üzrə proqnozlaşdırılmış gəlirlərinin tərkibində müəssisə və təşkilatlar üzrə daxil olacaq cəmi resurslar göstərilmədən yalnız müəssisə və təşkilatların sərəncamında qalan mənfəət və ammortizasiya hesabına xərcləri qeyd olunub.
Toplu maliyyə balansının tərkibində müəssisə və təşkilatların sərəncamında qalan mənfəət və ammortizasiya hesabına xərclərin həmin mənbə üzrə gəlirlərə bərabər olması müəssisə və təşkilatların ehtiyat vəsaitlərinin mövcud olmaması qənaətinə gəlinməsinə əsas yaradır.
Rəydə yekun olaraq, büdcə zərfinə daxil edilən Azərbaycan ərazisi üzrə toplu maliyyə balansının proqnozunda toplu maliyyə balansını icmal büdcənin parametrlərindən fərqləndirən müəssisə və təşkilatlar üzrə daxil olacaq resursların, o cümlədən dövlət və qeyri-dövlət müəssisələri, neft və qeyri-neft sektoru üzrə ayrıca verilməsini və bu məsələlərin vergi daxilolmaları ilə əlaqələndirilməsi məqsədəuyğun hesab edilir. Həmçinin, ölkənin maliyyə vəziyyətinin kompleks qiymətləndirilməsi məqsədilə toplu maliyyə balansının həm gəlirlərində, həm də xərclərində cəmə daxil edilməmək şərtilə dövlətin strateji valyuta ehtiyatlarının (Dövlət Neft Fondunun ehtiyatları, Mərkəzi Bankın ehtiyatları və sərbəst xəzinə qalığı) ayrı-ayrılıqda proqnozlaşdırılması təklif olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-muessiselerin-serencaminda-qalan-menfeet-ve-ammortizasiya-hesabina-xercleri-7-artacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR