Manat neftin qiymətinin 45-50 dollar səviyyəsində üzməsinə adaptasiya olunub

Manat neftin qiymətinin 45-50 dollar səviyyəsində üzməsinə adaptasiya olunub
13:42 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ "Azərbaycan manatı neftin qiymətinin 45-50 dollar/barel səviyyəsində üzməsinə adaptasiya olunub". "Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmov qeyd edib ki, əsas prioritet sabitləşdirmədir: "Son məqsəd insanların, dövlətin gəlirlərinin artırılmasıdır".
"Maliyyə Sabitiiyi Şurası yaradılıb. Bu şurada ciddi iş gedir, müzakirələr aparılır. Ölkədə makroiqsadi sabitliyin təmini, struktur, sosial islahatları əhatə edən yeni iqtidadi artım modelinə keçid üçün iş aparılır. Bu sənəd razılaşdırılmamışdan öncə həssas mövzulara izahat vermək imkanımız məhduddur", - deyə baş bankir əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/manat-neftin-qiymetinin-45-50-dollar-seviyyesinde-uzmesine-adaptasiya-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR